Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 21:36

Putinin mümkün 'xələf'ləri. Siyahıda 19 ad var...


Vladimir Putin, Sergei Sobyanin (sağda), Dmitry Medvedev və arvadı Svetlana. 12 april, 2015
Vladimir Putin, Sergei Sobyanin (sağda), Dmitry Medvedev və arvadı Svetlana. 12 april, 2015

Vladimir Putinin mümkün “xələf”lərinin reytinq cədvəli tərtib edilib. Putinin mümkün “xələf”ləri siyahısında naməlum şəxs də var...

"Peterburqskaya politika" ("Peterburq siyasəti") fondu Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mümkün “xələf”lərinin reytinq cədvəlini tərtib edib. Siyahıda 19 siyasətçinin adı var.

Ekspertlər siyahını tərtib edərkən, namizədləri bir sıra göstəricilərə görə dəyərləndiriblər.

Buna da bax:​ Putinin aşpazı milyarderdirsə...

“Sözsüz ki, 2018-2014-cü illərdə ölkəni idarə edəcək hakim koalisiyanın tərkibini proqnozlaşdırmaq imkanları məhduddur. Qəti proqnozlar verməyinsə mənası yoxdur. Di gəl, belə təşəbbüsdən tam imtina etmək siyasi ekspertiza funksiyasının yalnız cari fəaliyyəti izləmək və anlamaqdan ibarət olması demək olardı. Bu zaman siyasi fəaliyyət əsas oyunçuların yaxın illər üçün öz gələcəklərini qurmaq cəhdləri ilə müqayisə edilməzdi”, - fondun saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Daha bir mühüm meyar

Məlumatda o da bildirilir ki, ekspertlər namizədləri dəyərləndirərkən, onların mediada və ictimaiyyət arasında tanınan fiqur olmasını, fəallıq dərəcəsini, münaqişələrə girməməsini və gördükləri işdən gözləntilərini nəzərə alıblar. Maraqlıdır ki, daha bir mühüm meyar kimi bu və ya digər namizədin nüfuzdan salınması istiqamətində media məkanında aparılan kampaniyalar da nəzərdən keçirilib.

Buna da bax: Bill Browder: Putinin 200 milyard dollar pulu var

Beləliklə, “iddiaçı”ların ilk üçlüyünə Rusiya Federasiyasının baş naziri Dmitry Medvedev (21 bal), Moskva şəhərinin meri Sergei Sobyanin (19 bal) və Tula vilayətinin qubernatoru Aleksei Diumin (18 bal) daxildir. Ekspertlər reytinq cədvəlinin dördüncü sırasında Rusiyanın müdafiə naziri Sergei Shoigu-nu yerləşdiriblər (17 bal). İlk beşliyi Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko (16 bal) tamamlayır.

Siyahıda bundan başqa Vətəndaş Təşəbbüsləri Komitəsinin rəhbəri Aleksei Kudrin-in, prezident administrasiyası rəhbərinin birinci müavini Sergei Kiriyenko-nun, prezident administrasiyasının rəhbəri Anton Vayno-nun, prezidentin Uzaq Şərqdəki səlahiyyətli nümayəndəsi Yury Trutnev-in, Çeçenistan rəhbəri Ramzan Kadyrov-un (13-cü yer), sənaye naziri Denis Manturov-un, xarici kəşfiyyat xidmətinin direktoru Sergei Naryshkin-in, müxalifətçi Aleksei Navalny-nın və başqalarının adları var.

Buna da bax:​ Saakashvili:"Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

Navalny 18-ci sırada

Alexei Navalny-nın adı siyahıda 18-ci sırada yerləşdirilib. Xatırladaq ki, Navalny heç vaxt Putin-lə görüşməyib.

Mütəxəssislər "xələf"lərin reytinq siyahısında Medvedev-in birinci olmasını onun "ətalət ssenarisini təcəssüm etdirməsi"nə bağlayıblar. Qeyd edilir ki, bu ssenari "ictimai rəydəki dəyişikliklərdən asılı olmayaraq, kadr inqilablarını qətiyyətlə rədd edir".

Sergei Sobyanin-ə gəlincə, o, elə bir paytaxt meri imici yaradıb ki, Moskva sakinləri onun getməsini "yetərincə sakit" qarşılardılar.

Politoloq Sergei Kalachev deyir ki, "Peterburq siyasəti" fondu məsələyə çox ehtiyatla yanaşıb.

Buna da bax: Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir

“Düşünmək olar ki, Putin-in gündəmi tükənib”

"Son zamanlar xələflər mövzusuna daha tez-tez toxunulur. Bu isə martda keçiriləcək seçkilərə heç də yaxşı fon yaratmır. Düşünmək olar ki, Putin-in gündəmi tükənib. O, artıq tarixə düşüb, indən belə nəyisə dəyişmək lazımdır. Putin və inkişafın innovasiya ssenarisi, demək olar, bir araya sığmır", - "Vedomosti" qəzetinin Kalachev-dən gətirdiyi sitatdır.

Reytinq siyahısını tərtib edən ekspertlərin fikrincə, ilk 20-liyə daxil olan şəxslər 2018-2024-cü illərdə hakim elitanı formalaşdıracaq. Ekspertlər "xələf" anlayışını daha geniş anlamda qavrayırlar. Başqa sözlə, onlara görə, "xələf" yalnız prezident demək deyil.

Maraqlıdır ki, ekspertlər siyahıda sonuncu - 20-ci yeri sadalananlar arasında adı olmayan naməlum şəxsə veriblər.

XS
SM
MD
LG