Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

Şərhçi: ''Qarabağ' yeniyetmədən bığıburma kişiyə çevrilib' (Video)


Azarkeş:"Qarabağ bizə bu sevinci bir də yaşadacaq"
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Azarkeş:"Qarabağ bizə bu sevinci bir də yaşadacaq"

“Biz qalib gələcəyik. “Qarabağ” mütləq “Kopenhagen”ə qalib gələcək. 100 faiz belə olacaq”, - deputat, Ağdam klubunun azarkeşi Aqil Abbas avqustun 23-də UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunu öncəsi AzadlıqRadiosu-na belə deyir.

Deputat belə inamlı danışsa da, Azərbaycanın idman şərhçiləri proqnozlarında ehtiyatlı olmağa çalışırlar. Bu da səbəbsiz deyil. “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin sözlərinə görə, “Kopenhagen” doğma meydançada “çox güclü” oynayır.

Mahir Rüstəmli: «“Kopenhagen” doğma meydançada “çox güclü” oynayır»
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

Buna da bax:​ 'Qarabağ' artıq Danimarkadadır

“İnanıram. “Qarabağ”ın ÇL qrupuna düşməsi mümkündür”

“Bugünkü oyunu proqnozlaşdırmaq çox çətindir. Əlbəttə, Azərbaycanda keçirilən qarşılaşmadan sonra “Qarabağ”ın 1-0 üstünlüyü var. Bu şansı, ən azı, 55-in 45-ə nisbətində dəyərləndirirəm. Amma məsələnin digər tərəfi də var, “Kopenhagen”, adətən, evdə çox güclü oynayan komandadır. Üstəlik, 40 minədək azarkeş də onları qələbəyə səsləyəcək”. Belə deyən Mahir Rüstəmli dərhal da əlavə edir ki, “Qarabağ” son illərdə çox sayda – 90-a yaxın beynəlxalq oyuna qatılıb: “Bu mənada komanda, inşallah, həmin basqının altından çıxa biləcək. Güman edirəm ki, Ağdam klubu uduzsa da, mərhələ keçə biləcək, bir top vurmaq yetərli olacaq. 1:2 hesabı ilə yenilsə də mərhələ adlamağa imkan verəcək. Ona görə də “Qarabağ”a inanıram, Çempionlar Liqasının qrupuna düşməsi mümkündür”.

Buna da bax:​ “Qarabağ”- “Kopenhagen” oyununa böyük maraq var

““Qarabağ” yeniyetmədən bığıburma kişiyə çevrilib”

Aqil Abbas: “100 faiz “Qarabağ” qalib gələcək”

Mahir Rüstəmli “Kopenhagen”in doğma meydançada daha güclü oynadığını vurğulayırsa, başqa bir idman şərhçisi - Sərxan Musalı yada salır ki, indiyədək keçirilən oyunların statistikası Ağdam klubunun evdə qol buraxmadığı halda səfər oyunlarında da üstünlüyü qoruduğunu və tur adladığını göstərir:

“Son illər “Qarabağ” belə çətin qarşılaşmalara çox qatılıb və bişib. Belə deyək, artıq azyaşlı yeniyetmədən bığıburma kişiyə çevrilib. Ona görə də hamımız qələbəyə ümid edirik. Biz bunu ilk oyunda da gördük. Danimarkalılar “Qarabağ” qarşısında, demək olar, heç nə edə bilmədilər”.

Sərxan Musalı bir məqamı da vurğulayır, onun fikrincə, “Qarabağ” bugünkü oyunda tam müdafiəyə çəkilməməlidir: “Klub ənənəvi üslubundan əl çəkəndə problemlərlə üzləşir. Təbii ki, “Kopenhagen”ə qol lazımdır deyə, ilk dəqiqələrdə irəli atılacaq. Ən önəmli məsələlərdən biri start təzyiqini aradan qaldırmaqdır. Xüsusən ilk hissədə hesab açılmasa, rəqib daha əsəbi, daha gərgin olacaq və ümidsizləşəcək. Əvəzində “Qarabağ”ın inamı artacaq. Buna görə də “Qarabağ” çalışmalıdır topla daha çox oynasın. Rəqib topsuz qalanda daha tez yorulur”.

Sərxan Musalı: «“Qarabağ” bugünkü oyunda tam müdafiəyə çəkilməməlidir»
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00
Direct-ə keçid

Buna da bax:​ Qurban Qurbanov: 'Ağır olacaq, amma ən düzünü etməyə çalışacağ

“Tarixi fürsətdən maksimum yararlanmalıdır”

Mahir Rüstəmli: “Bugünkü oyunu proqnozlaşdırmaq çox çətindir"

Azərbaycan klubları arasında “Qarabağ” ilk dəfədir Çempionlar Liqasının qrupuna düşmək imkanı qazanıb. Futbol şərhçilərinin qənaətincə, komanda bu “tarixi fürsət”i əldən verməməlidir. “Bəlkə də heç vaxt belə fürsət ələ düşməyəcək. Gələn ildən reqlament çətinləşir və nisbətən zəif ölkələrin klublarının Çempionlar Liqasına düşmək şansı azalacaq. Ona görə də bu fürsətdən, bu tarixi andan maksimum yararlanmaq lazımdır. Bunun üçünsə bir qol vurmaq lazımdır, bu halda rəqib 3 qol vurmalıdır”, - Sərxan Musalı belə deyir.

Bu gün – avqustun 23-də azərbaycanlı azarkeşlərin Ağdam klubundan gözləntisi də komandanın tarix yazması, bir ilkə imza ataraq Çempionlar Liqasının qrup yarışlarına qatılmasıdır. Bacaracaqmı? Bunu Bakı vaxtıyla saat 21.30-da başlanacaq oyun göstərəcək.

Buna da bax:​ Çempionlar Liqası qrupunun bir addımlığında 'Kopenhagen' səddi

Sərxan Musalı: «“Qarabağ” bugünkü oyunda tam müdafiəyə çəkilməməlidir»

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən həftə bununla bağlı AzadlıqRadiosu-nun sualına belə cavab vermişdi: “Mən əvvəlcədən nəsə deməyi xoşlamıram. Bu elə oyundur ki, digər komandalar da qələbə haqqında düşünürlər. Biz meydanda maksimum nəticə uğrunda sona qədər mübarizə aparmağa çalışacağıq. Qismətimizdə varsa, bizim ona gücümüz çatacaqsa, inşallah, qələbə bizə nəsib olacaq. Yoxdursa, bir şey edə bilmərik”.

Oyunöncəsi baş məşqçi yerli media mənsublarına komandanı “ağır oyun” gözlədiyini etiraf edib.

Danimarkadakı qarşılaşmanı təxminən minədək azərbaycanlının azarkeş birbaşa stadionda izləməsi gözlənilir.

XS
SM
MD
LG