Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Ronaldo, yoxsa Messi? - Pele fikrini bildirdi


Cristiano Ronaldo (solda) və Lionel Messi
Cristiano Ronaldo (solda) və Lionel Messi

-

Son 10-15 ilin ən yaxşı futbolçusu kimdir? Ronaldo, yoxsa Messi?

Bu haqda çox mübahisə, müzakirə gedir.

Futbol əfsanəsi Pele Şotlandiya televiziyasında futbol fanatlarının suallarına cavab verərkən bu məsələyə də münasibət bildirib.

Pele deyib ki, son 10-15 ilin ən yaxşı futbolçusu Messidir.

“Heş şübhəsiz ki, bu illər ərzində ən stabil çıxış edən Messi olub...

Çoxlu yaxşı futbolçular olub bu dövrdə. Cristiano Ronaldo sonradan gəldi, o, bir az başqa cürdü, Messi isə öz oyununu daha yaxşı qurub, daim qol vurur...

“Cristiano Ronaldo braziliyalı Ronaldo kimidir. Şübhəsiz ki, yaxşı qolçudur, amma mənim üçün ən yaxşı oyunçu Messidir".

XS
SM
MD
LG