Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

Vardanyan: Bakı nəhayət anlamalıdır ki...


Qarabağda hərbi vəziyyət elan edildi. Benzin qıtlığı yarandı
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Qarabağda hərbi vəziyyət elan edildi. Benzin qıtlığı yarandı

Qarabağda separatçı rejiminin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan deyib ki, daha çox beynəlxalq təşkilatın Azərbaycandan Laçın dəhlizinin açılmasını tələb etməsi separatçılara aeroport məsələsini qaldırmaq imkanı verir.

O AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Qarabağdan “hava körpüsü” bölgəyə ərzaq və başqa mühüm malların gətirilməsinə imkan yaradardı.

Vardanyan məmnun olduğunu bildirib ki, onun Qarabağa gəlişi Bakıya böyük təsir göstərib.

Onun sözlərinə görə “Azərbaycanın başa düşməsi mühümdür ki, Qarabağ tək deyil, Qarabağın yanında nüfuz, əlaqə və təcrübəyə malik insanlar var”.

Vardanyan bildirib ki, Qarabağ məsələsi Azərbaycanın düşündüyü qədər sadə deyil:

“Mən şadam ki, onlar Artsax (Qarabağ-red) məsələsinin belə sadə həll olunmadığını başa düşürlər. Onlar hesab edilər ki, belə asanlıqla, addım-addım, tədricən bu məsələni həll edəcək və beynəlxalq birliyi “Qarabağda 15-20 min adamın yaşadığına, burda yalnız silahlılar olduğuna, əhalinin olmadığına, bu məsələni həll edəcəklərinə” inandıracaqlar. Mənə belə gəlir ki, onlar üçün mənim bura gəlişim ağırdır. Bu onunla bağlıdır ki, mənim gəlişimlə Artsax (Qarabağ-red) məsələsi dünyada daha çox müzakirə olunur, buna böyük maraq var”.

Ruben Vardanyanın sözlərinə görə Bakı nəhayət yalnız bir variantın – Qarabağla danışıqlar variantının olduğunu etiraf etməlidir:

“Artsax (Qarbağ-red) müstəqil olacaq və mənim rolum danışıqlar üçün çox mühüm ola bilər. Onlar ekologiya məsələsini qaldırmaqla bizə öz subyektliyimiz məsələsini daha yüksəyə qaldırmaq imkanı veriblər. İndi bizim bu məsələ ətrafında müzakirə olunan məsələlərin həllinin axtarışında tərəf kimi iştirakımızı tələb etmək imkanımız var”.

Əliyev Vardanyan barədə nə demişdi?

Ruben Vardanyan bundan əvvəl də özünü Bakı ilə danışıqların tərəfi, “Qarabağ ermənilərinin elçisi” kimi gördüyünü dilə gətirib.

Amma Azərbaycan prezidenti İlham Əliyev onun bu istəyinə münasibətini hələ noyabrın ortalarında ifadə edib. O Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqlarını və onlarla danışmağa hazır olduğunu deyib:

“Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq... Yeri gəlmişkən, bu proses başlayıb".

2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyir.

Oktyabrın 31-də Soçidə üçtərəfli görüşdən sonra da Azərbaycan prezidenti İlham Əliyev deyib ki, münaqişə bitib, müzakirəlik bir şey qalmayıb.

Prezident İlham Əliyev bir neçə dəfə bunu da deyib ki, Azərbaycan Qarabağ və ordakı sakinlərlə bağlı məsələləri heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcək.

"Bu, ekoloji yox, siyasi məsələdir"

Ruben Vardanyan dekabrın 14-də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, ermənilər Laçın dəhlizinin açılması üçün Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri arasında keçirildiyi deyilən danışıqlarda iştirak etmirlər.

Vardanyanın sözlərinə görə onların Azərbaycanla birbaşa təmasları yoxdur.

Bundan əvvəl xəbər verilmişdi ki, Azərbaycan rəsmiləri ilə Qarabağdakı Rusiya sülhməramlıları arasında aparılan danışıqlarda yerli ermənilər də iştirak edirlər.

Ermənilər Xankəndidə hərbi rejim elan etdilər
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Azərbaycan tərəfinin “yaranmış vəziyyətlə nə istədiyi” barədə suala cavab verən Vardanyan deyib:

“Əslində onlar artsaxlılarsız (qarabağlılar-red) Artsaxı (Qarabağ-red) istəyirlər. Onlar istəyirlər ki, biz burdan çıxıb gedək. Onların yeganə məqsədi və ümidləri budur ki, artsaxlılar (qarabağlılar-red) sınsınlar, məyus olsunlar, gələcəyə ümidlərini itirsinlər və burdan getsinlər. Bu onların yeganə məqsədidir. Onların nə etdiyi, necə etdiyi artıq sadəcə olaraq taktika məsələsdir”.

Bu vəziyyət uzun müddət davam edə bilər

Vardanyan bildirib ki, yaranmış vəziyyət uzun müddət davam edə bilər:

“Çünki biz rusiyalı sülhməramlıların yolu hansı şərtlərlə açacaqlarını bilmirik. Biz buğun görürük ki, Azərbaycan tərəfinin adamları yolda oturublar, içirlər, rəqs edirlər, yaşayırlar və onların nə vaxt çıxıb gedəcəyi məlum deyil”.

Azatutyun yazır ki, özlərini ekoloji fəallar kimi təqdim edən azərbaycanlılar Laçın dəhlizini dekabrın 12-dən bağlayıblar.

Onlar bildirirlər ki, təcili yardım maşınlarını buraxmağa hazırdırlar, ağır xəstələri isə Şuşaya, ya da Bakıya aparmaq olar.

Yolu bağlayan azərbaycanlıların bu təklifləri barədə suala cavab verən Vardanyan deyib:

“Biz başa düşmürük, bunları kim deyir, kimin adından deyir. Biz ümumiyyətlə bu adamların kim olduğunu bilmirik. Onların əsirlərlə rəftarını, onları necə güllələdiklərini biləndən sonra biz vətəndaşlarımızın həyatını təhlükəyə ata bilmərik. Nə qədər kədərli olsa da, qonşu dövlətə etibar yoxdur. Onlar kimdirlər? Bunu niyə təşkil ediblər? Aydın görünür ki, bu ekologiya məsələsi deyil, burda siyasi və başqa xarakterli məsələ var. Buna görə də biz o biri tərəfdən verilən bəyanatları ciddi qəbul etmirik”.

“Məktubla və başqa şəkildə”

Azərbaycanlıların Heyvalı və Dəmirli kəndlərindəki mis-molibden mədənlərinə baş çəkməsinə imkan verilməməsi məsələsini şərh edərkən Ruben Vardanyan bildirib ki, rusiyalı sülhməramlılar erməniləri azərbaycanlıların mədənlərə planlaşdırılan səfəri barədə xəbərdarlıq etmişdilər, amma bu “məktubla” və “başqa şəkildə” təşkil edilməliydi:

“Əgər onların ritorikasını dinləsək, bu təkcə ekologiya deyil. Bu tədbirdə dövlət mülkiyyətini, iqtisadiyyatı təmsil edən adamlar var. Onlar müxtəlif üsullarla məsələni belə qoymaq istəyirlər ki, bu onların mədənləridir və qarabağlıların bu mədənlərdən istifadə etmələri qanunsuzdur”.

Vardanyan iddia edib ki, Azərbaycan tərəfi onları bunun ekologiya məsələsi olduğuna inandırmalıydı:

“Məsələn biz təklif edirdik və edirik ki, ora dünyada məşhur və tanınmış ekoloqlar girsinlər. Buna görə də bunun beynəlxalq platformada edilməsi, dövlət nümayəndələrinin (Azərbaycan dövləti - red) gəlişindən daha düzgün olardı. Onda bu tərəfdən də səviyyə və yanaşma bütün tərəflər üçün məqbul olardı. Amma onlar bunu qəbul etmirlər”.

“Rusiya tərəfi hadisələrin hansı ssenari ilə inkişaf edə biləcəyinə dair məlumat verirmi” sualına Vardanyan “danışıqlar gedir və bu mövzu hələki açıq söhbət üçün deyil” şəklində cavab verib.

Azərbaycan tərəfinin rəsmi mövqeyi

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə dekabrın 13-də yerli medianın suallarına cavab olaraq demişdi ki, Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyasının məqsədi yolun bağlanması deyil və o yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hərəkət edə bilərlər.

Bundan bir gün öncə Fransa, ABŞ, Avropa İttifaqı Azərbaycanı Laçın yolunu açmağa çağırıb, yolun bağlanmasının erməni əhali üçün humanitar böhrana gətirib çıxara biləcəyini qeyd ediblər.

Hacızadə bildirib ki, Şuşa-Laçın yolunun Azərbaycan tərəfindən bağlanması və bununla da humanitar böhran yaşana biləcəyi barədə səslənən iddiaların əsası yoxdur.

O, bir daha Azərbaycan tərəfinin erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası ərazidəki qanunsuz fəaliyyətlərə qarşı ictimaiyyətin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Azərbaycan XİN-in dekabrın 13-də açıqlanmış bəyanatında vurğulanır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir:

“Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.”

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Mədənlərlə bağlı məsələ

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 13-də vurğulamışdı ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.

O demişdi ki, bütün faydalı qazıntı yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Hacıyev bildirmişdi ki, “son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir”.

Qızıl üstündə yaşayan kasıb kəndlilər...
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Xatırlatma

Dekabrın 13-də hələ də bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yolunu bağlı saxlayıblar. Qarabağda Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini bildirən həmin şəxslər gecə saatlarında da yolu boşaltmayıblar.

Yolun dekabrın 14-də də açılmadığı bildirlir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG