Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:19

Rusiya bildirir ki, 169 idmançısı Olimpiadaya buraxılacaq


6 dəfə qızıl medalçı Viktor Ahn Pxençan Olimpiadasına buraxılmayıb
6 dəfə qızıl medalçı Viktor Ahn Pxençan Olimpiadasına buraxılmayıb

Rusiya Olimpiya Komitəsinin (ROK) rəsmisi deyib ki, gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasında 169 idmançının iştirakına icazə verilib.

ROK-un vise-prezidenti Stanislav Pozdnyakov yanvarın 25-də deyib ki, milli və beynəlxalq federasiyalarla birgə qəbul edilmiş yekun qərara əsasən Olimpiadada iştirak edəcək Rusiya idmançılarının sayı 169 olacaq.

Pozdnyakov təəsüflə əlavə edib ki, bu siyahıda bir sıra güclü idmançıların adları yoxdur.

Ötən ilin dekabrında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiyanın antidopinq qaydalarını sistematik pozduğuna görə Rusiyanın fevralın 9-25-də Pxençandakeçiriləcək Qış Olimpiadasında iştirakını qadağan etmişdi.

Buna baxmayaraq həmin qərarda deyilridi ki, analizlərdən təmiz çıxmış idmançılara neytral uniformalarda və Olimpiya bayrağı altında çıxış etmək icazəsi veriləcək.

Ötən həftə BOK bildirmişdi ki, Olimpiadaya buraxılacaq Rusiya idmançılarının sayı 500-dən 389-a endirilib. Bu da xəbər verilirdi ki, Olimpiadaya kimlərin qatılacağı barədə son qərar yanvarın 27-də elan ediləcək.

Kreml yanvarın 23-də bəyan etmişdi ki, 6 dəfə Olimpiya qızıl medalçısı Viktor Ahnın, habelə hər ikisi hazırkı dünya çempionu olan sərbəst xizəkçi Sergey Ustyqovun və biatlonçu Anton Şipulinin yarışa buraxılmaması “rüsvayçılıqdır”.

Bundan əvvəl yanvarın 25-də Rusiya Xokkey Federasiyası Qış Olimpiadasına buraxılmış xokkeyçilərin adlarını açıqlamışdı.

Bunların arasında ABŞ Milli Xokkey Liqasının (NHL) bir neçə keçmiş xokkeyçisinin, o cümlədən Pavel Datsyuk və İlya Kovalçukun adları da var. Bu iki xokkeyçi özlərinin beşinci olimpiadasında yarışacaqlar.

XS
SM
MD
LG