Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Telegram-ı bağlamaq cəhdi Telegram-dan başqa hamıya ziyan vurur


İllüstrasiya
İllüstrasiya

Rusiya hökumətinin, daha dəqiqi "Roskomnadzor"un Telegram mesajlaşma şəbəkəsini bloklamaq cəhdi hələ ki bir nəticə vermir.

"Rusiyada Telegram-ın istifadəçilərindən başqa hamı bundan əziyyət çəkir".

Bunu Rusiyanın öz şirkəti bildirir.

Qərargahı Kiprdə yerləşən "Qiwi" elektron ödəniş sistemi deyir ki, İnternetin azad olması vacibdir.

İstifadəçilərin İnternetə girişinə istənilən qadağaya qarşı çıxan şirkət bildirir ki, dövlət orqanları hansısa qadağanı tətbiq edəndə reallığı nəzərə almalıdırlar.

"Həmçinin bunun biznesə vuracağı zərər nəzərə alınmalıdır. Nəzarət orqanının hazırkı fəaliyyəti qab-qacaq dükanına girmiş fili xatırladır" - deyə şirkət bildirir.

Buna da bax: Rusiyada Google-u bloklamağa başladılar

Qiwi onun öz müştərilərinin də əziyyət çəkdiyini deyir.

Telegram-ı bloklamaq üçün Google-un İP adreslərinə də girişi bağlayan "Roskomnadzor" bununla elektron hesablaşmalara problemlər yaratmış olub.

Qiwi şirkəti vasitəsilə pul köçürmələri həyata keçirənlər onun saytında ReCaptcha-dan istifadə edə bilməyiblər.

Bu proqram müştərilərin identifikasiyasını və onların sayta təhlükəsiz girişini təmin edir.

Nəticədə müştərilər saytdakı hesablarına daxil olmaqda çətinliklərlə üzləşiblər.

Rusiya hökuməti Telegram-dan tələb edir ki, özünün şifrələmə açarını ona da versin.

Şirkət bundan imtina edir.

Bu arada "Odnoklassniki" sosial şəbəkəsinin rəhbəri Anton Fedçin də bildirib ki, Telegram-ı bloklamaq cəhdi Rusiya biznesinə mənfi təsir göstərir.

Fedçin deyir ki, müasir dünyada bütün şirkətlər İnternetdən asılıdır. Qadağalar nəticəsində ümumilikdə bütün biznes öz müştəriləri ilə nüsiyyətdə problemlər yaşayır.

Buna da bax: İran Telegram-dan istifadəni məhdudlaşdırır

XS
SM
MD
LG