Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:37

Rusiya Ukraynanın cənub şəhərlərinə 'hücuma hazırlaşır'


Donetskdə Ukrayna qüvvələri
Donetskdə Ukrayna qüvvələri

Arestoviç Rusiyanın 22 minədək qüvvə ilə hücuma hazırlaşdığını, “əhəmiyyətli dərəcədə böyük” Ukrayna kontingentinin pusquda durduğunu deyib

Onminlərlə Rusiya əsgəri Ukraynanın cənubundakı Krivoy Roq və Mikolayev şəhərlərinə hücuma hazırlaşır. Bunu prezidentin müşaviri Aleksey Arestoviç deyir. Bu arada Rusiya qüvvələri Dnepropetrovsk vilayətini raket atəşinə tutub, ABŞ isə Kiyevə yeni silah və sursat partiyaları göndərəcəyini açıqlayıb.

Arestoviç Rusiyanın 22 minədək qüvvə ilə hücuma hazırlaşdığını, “əhəmiyyətli dərəcədə böyük” Ukrayna kontingentinin pusquda durduğunu deyib.

“Evlər dağılıb, maşınlara ziyan dəyib”

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenko isə Rusiya qüvvələrinin vilayətin Sinelnikovski və Krivoriski rayonlarını raket və artilleriya atəşinə tutduğunu deyib.

“Düşmən Sinelnikovskini təyyarə əleyhinə raketlə vurub. Pokrovska hromadada evlər dağılıb, maşınlara ziyan dəyib”, – o, Telegram-da yazıb.

Avqustun 2-də səhər Qara dəniz sahilindəki Mikolayev şəhərində güclü partlayışlar olub, bir nəfər yaralanıb. Bunu şəhərin meri Oleksandr Sienkoviç deyir.

500 milyon dollarlıq yeni paket

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın işğalı başlayandan 5 min 300-dən çox dinc sakinin öldürüldüyünü, 7 min 200-dən çox insanın yaralandığını bildirir.

Birləşmiş Ştatlar avqustun 1-də Ukraynaya yeni silah tranşı, o cümlədən raket qurğuları və artilleriya silahları üçün sursat göndərəcəyini elan edib. Ukrayna ordu rəsmiləri bu silahların Rusiya əsgərlərinin dəf olunması və onların təchizat xətlərinin vurulmasında həlledici olduğunu bildirir.

Yeni 500 milyon dollarlıq paketə HIMARS raket sistemləri və artilleriya üçün daha çox silah daxil olacaq, Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi Ağ evdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bununla Prezident Co Bayden vəzifəyə keçəndən Ukraynaya ayrılmış hərbi yardımın həcmi 8 milyard dolları keçib.

Ukraynadan yola düşən taxıl gəmisi avqustun 2-də İstanbulda olacaq
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Döyüş zonasının dəyişən tələblərini nəzərə alaraq...”

HIMARS Ukraynanın arsenalındakı sovet dövrü artilleriyasından daha uzaq mənzilli və daha dəqiq sistemlərdir.

“Döyüş zonasının dəyişən tələblərini nəzərə alaraq, ABŞ Ukraynanı kritik güclə təmin etmək üçün müttəfiqlər və tərəfdaşlarla işi davam etdirəcək”, – Pentaqon bəyanatında deyib.

Ağ evin məlumatına görə, ABŞ rəsmiləri avqustun 1-də Ukrayna rəsmiləri ilə telefon söhbətində yeni yardım paketini müzakirə ediblər.

Qəbələ RLS sökülür? 'O torpaqları camaata vermək, taxıl əkmək olar'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Rusiya Ukraynanın ən böyük Zaporojye nüvə enerjisi zavodundan “nüvə qalxanı” kimi istifadə edir, orada əsgərlər yerləşdirir, Ukrayna qüvvələrinin cavab atəşi açmasını önləyir, dəhşətli nüvə qəzası riski yaradır.

Rusiya martda Zaporojye zavoduna təhlükəli dərəcədə yaxın atəş açmaqda ittiham olunurdu. Blinken deyib ki, Vaşinqton indi zavodun Rusiya hərbi bazası ki istifadə olunmasından, oradan yaxınlıqdakı Ukrayna qüvvələrinə atəş açılmasından narahatdır.

XS
SM
MD
LG