Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:22

Azərbaycan küləşçisi Mariya Stadnik finalda


Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında 2 azərbaycanlı qadın güləşçi mübarizəyə qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnikin ilk rəqibi argentinalı Aleksandra Patrisia Bermudez olub.

48 kq çəki dərəcəsində mübarizə aparan Stadnik rəqibinə 10:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

O, ¼ finalda polşalı Nina İvona Matkovska ilə görüşdə də 10:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Stadnikin bu mərhələdə rəqibi bolqarıstanlı Elitsa Yankova olub.

Yarımfinalda 6:0 hesabı ilə qalib gələn Stadnik vaxtından əvvəl təmiz qələbə ilə finala çıxıb. O, finalda yaponiyalı Erik Tosakla qarşılaşacaq.

Digər Azərbaycan güləşçisi Yuliya Ratkeviç isə 1/8 finalda ukraynalı Oksana Herhelə 7:5 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

O,1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə görüşdə də 7:3 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Amma yarımfinalda yaponiyalı Kaori İşoya 0:10 hesabı ilə məğlub olub.

Yuliya mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

XS
SM
MD
LG