Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:22

Tural Mustafayevin aclıq etdiyi bildirilir


Tural Mustafayev
Tural Mustafayev

-

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsində zərərçəkən qismində tanınan Tural Mustafayevin aclıq aksiyası keçirdiyi bildirilir.

Bunu Tural Mustafayevin atası Bulud Mustafayev «Turan»a deyib.
Bulud Mustafayevin bildirməsinə görə, oğlu artıq 6 gündür aclıq edir, səhhəti çox ağırdır, danışa bilmir.

O, ailəli olan oğlunun 2 ildir işləmədiyini, hüquqlarının pozulmasına dözə bilmədiyini bildirib: «Məhkəmənin oğlum barədə hər hansı təqsirləndirici qərarının olmamasına baxmayaraq, 2014-cü il dekabrın 17-dən ölkədən çıxışına qadağa qoyulub. O, bütün bunlara dözə bilmir».

B.Mustafayev deyib ki, oğlunun aclıq aksiyasına başlaması barədə bütün dövlət orqanlarına məlumat verib: «Həkim yoxladı, səhhətinin normal olmadığını dedi. Artıq danışa bilmir. Tural hüquqları bərpa olmayana qədər aclıq aksiyasını davam etdirəcəyini deyir».

2014-cü ilin dekabrında həbs olunan X.İsmayıl ilkin olaraq Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunmuşdu. Sonra jurnalistə qarşı vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülmüşdü.

Məhkəmədə Tural Mustafayev bildirdi ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi onu şantaj edərək təzyiq altında jurnalistə qarşı yalan ifadə verməyə vadar edib. T.Mustafayev bu barədə sosial mediada və KİV-lərdə bəyanatla da çıxış edib.

XS
SM
MD
LG