Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:35

Türkiyədə meşə yanğınına görə 9 kənd təxliyə edilib


Afina yaxınlığında meşə yanğını
Afina yaxınlığında meşə yanğını

Yunanıstanda davam edən meşə yanğınlarının qonşu Türkiyəyə keçdiyi, Çanakkale vilayətindəki 9 kəndin 1200 sakininin təxliyə edildiyi xəbər verilir.

Xəbərlərdə deyilir ki, 1500 hektardan çox meşə sahəsi yanıb və 48 nəfər tüstü zəhərlənməsinə görə xəstəxanalara yerləşdirilib.

Bu da bildirilir ki, meşə yanğınlarına görə Egey və Mərmərə dənizlərində gəmilərin hərəkəti dayandırılıb.

Dardenel boğazından keçən 30 gəmi naviqasiya probleminə görə hərəkətini dayandırıb.

Bundan bir gün əvvəl Yunanıstanda yanğınsöndürənlər miqrant olduqları güman edilən 18 nəfərin yanmış cəsədlərini aşkar ediblər.

Onların Türkiyədən Yunanıstana keçmək niyyətində olduqları düşünülür.

Yunanıstanın ən böyük meşə yanğını

The Independent yazır ki, avqustun 23-də bir neçə Avropa ölkəsinin yanğınsöndürən təyyarələri bu ərazidə yanğınla mübarizəyə qoşulub.

Yunanıstanın tarixində ən böyük meşə yanğını artıq beş gündür ki, davam edir.

Paytaxt Afinanın həndəvərlərini də bürüyən yanğın hazırda nəzarətdən çıxıb.

Məqalədə deyilir ki, son üç gün ərazində Yunanıstanda 209 təbiət yanğını baş verib.

Xəbər verilir ki, havanın küləkli olmasına görə Yunanıstanda da onlarla kəndin əhalisi evakuasiya edilib.

Küləklərin zəifləyəcəyi bildirilsə də, yeni yanğınların təhlükəsi qalmaqda davam edir.

200-dən çox yanğınsöndürən və könüllülər, habelə polis əməkdaşları və hərbçilər 8 helikopterin və 7 təyyarənin köməyi ilə yanğının yayılmasını dayandırmağa çalışırlar.

XS
SM
MD
LG