Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 17:25

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
22:40 6.6.2014

SLAVYANSK ÜZƏRİNDƏ UKRAYNA TƏYYARƏSİ VURULUR



İyunun 6-da Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında Ukrayna silahlı qüvvələrinin Rusiyameylli silahlı dəstələrlə ağır döyüşləri davam edir. Ukrayna tərəfi xəbər verir ki, hökumət qoşunlarının mövqeyi kilsədə yelləşdirilən ağır minamoyotlardan atəşə tutulub. 1 hərbçinin öldüyü deyilir. Əks tərəf daha bir uğurunu bayram edir. Ukrayna güc strukturların məxsus An-30 kəşfiyyat təyyarəsinin vurulduğu bildirilir. Ukrayna tərəfi məlumatı təsdiq etmir
20:24 6.6.2014

PUTİN VƏ POROSHENKO



Normandiya desantının (D-day) 70 illiyini qeyd edən ölkə başcıları birgə foto vəkməyə hazırlaşır. Bu "fotoya hazrılığın fotosunda" isə 2 simvolik məqam var. 1. Ukrayna və Rusiya prezidentləri müxtəlif tərəflərdə dururlar. 2. Putin tək qalıb... Xəbər verilir ki, bu şəkili çəkdirəndən sonra Putin və Poroshenko 15 dəqiqə danışıblar və hətta bir-brinin əlini sıxıblar.

Davamı

XS
SM
MD
LG