Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:40

Yaponiyalı ekspert İstanbulda zəlzələ riski haqda: 'Bir həftə sonra da ola bilər'


İstanbul
İstanbul

Yaponiyalı zəlzələ eksperti Yoşinori Morivaki (Yoshinori Moriwaki) "CNN Türk" televiziyasına İstanbul şəhərində zəlzələ riskindən danışıb. Bu ilin fevralında Türkiyənin cənub-şərqini silkələyən zəlzələdə azı 50 min nəfər həyatını itirib.

Hazırda ekspertlər 7 baladək böyük Mərmərə zəlzələsi ehtimalından danışırlar. Morivaki isə 7.6-7.9 bal gücündə zəlzələ proqnozlaşdırır.

"Zəlzələ gəlir. Bir il sonra, bir ay, hətta bir həftə sonra ola bilər. Riskin ən böyük olduğu bölgələr Atatürk Hava limanı, Zeytinburnu, Küçükçekmece, Avcılar, Büyükçekmece və Fatih tərəfdə də yumşaq torpaqlar var", – o vurğulayıb.

Həmin ərazilərin niyə risk altında olmasına gəlincə, Morivaki 1999-cu il zəlzələsində həmin ərazilərin daha çox ziyan gördüyünü bildirib. "Hatayda durum pisdir, niyə? Torpaq yumşaq olduğu üçün. Bu binalar bir-birinə yapışıb və hamısı 2000-ci ildən öncə tikilib. Bu binalara çox ziyan dəyəcək", – Morivaki söyləyib.

Yoşinori Morivaki Bakıda 2016-cı ildə azərbaycanlı biznesmenlər üçün seminar keçirib, onlara tikinti prosesində zəlzələyə və seysmik aktivliyə davamlılığı artırmaq üçün Yaponiya texnologiyasının tətbiqi haqda informasiya verib.

XS
SM
MD
LG