Kürd yaraqlıları İraq prezidentinin çağırışını rədd etdi

Prezident Təlabani türkiyəli həmkarı Abdullah Güllə. Bağdad, 23 mart 2009

Kürd yaraqlı qrupu İraq prezidentinin Türkiyəyə qarşı vuruşu dayandırma çağırışını rədd edib.

PKK və ya Kürdüstan Fəhlə Partiyasının sözçüsü Əhməd Dəniz deyib ki, prezident Cəlal Təlabaninin belə bəyanat verməyə səlahiyyəti çatmır. Onun sözlərinə görə PKK «əmri ondan almır».

Martın 24-ü ölkədə səfərdə olan Türkiyə prezidenti Abdullah Güllə birgə mətbuat konfransı keçirən Təlabani jurnalistlərə deyib ki, PKK yaraqlılarının fəaliyyətini dayandırmaq İraqın maraqlarına aid məsələdir. O, həm də yaraqlıları silahı yerə qoymağa çağırıb.