Ali məktəblərə qəbul başlayır

Bakı Dövlət Universiteti

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın ali məktəblərinə 2006-2007-ci illər üçün tələbə qəbulu elan edib.


Orta, orta ixtisas və ya peşə məktəblərini 2006-cı ildə bitirən məzunlar sənədlərini iyunun 25-dən iyulun 10-dək, əvvəlki illərdə bitirən məzunlarsa iyunun 25-dən iyulun 5-dək təqdim etməlidirlər. Ali məktəblərə qəbul qaydaları, qəbul aparılan ixtisaslar, plan yerləri, müsabiqə şərtləri, sənəd qəbulunun qaydaları və yerləri haqda məlumatlar «Abituriyent» jurnalının 3-cü sayında Azərbaycan və rus dillərində çap olunub.


TQDK ali məktəblərin magistraturasına qəbul olunmaq istəyənlər üçün ayrı-ayrı ixtisaslar üçün proqramlar hazırlayıb.
«Magistr» jurnalının xüsusi buraxılışlarında «Maarif» və «Təbiət elmləri», «Aqrar və balıq təsərrüfatı», «Ekologiya və təbiətdən istifadə», «İqtisadiyyat və idarəetmə» istiqamətinə daxil olan ixtisasların proqramları verilib.