26 iyun – Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azərbaycan Ordusunun Bakıda hərbi paradı, 28 may 2008

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 91 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ilk dəfə olaraq 1918-ci il iyunun 26-da Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edir. Beləliklə, Azərbaycanda ilk əlahiddə korpus yaradılıb.

Müstəqillik əldə edildikdən sonra 1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib.

Rəsmi məlumata görə, hazırda Azərbaycanın dünyanın 50 -ə yaxın ölkəsi ilə hərbi sahədə əlaqələri mövcuddur.

Həmçinin bax

Ordudakı problemlər partlayış həddində…
Yeni «dedovşina» çarxı
Hərbi hissədə zəhərlənmə (video-foto)
Kütləvi zəhərlənmə, yoxsa təxribat?