Bakıda toqquşma. 20 polis və ARDNŞ əməkdaşı xəsarət alıb

Polislə sakinlər arasında qarşıdurma
Avqustun 5-də Binəqədi rayonunun Sulutəpə və Hökməli qəsəbəsində polis və bir qrup yerli sakin arasında qarşıdurma olub. Buna polisin Dövlət Neft Şirkətinə məxsus ərazidə tikilmiş qanunsuz evləri sökməsi səbəb olub.

Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Xəbərdə deyilir ki, bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edib, daş və digər əşyalarla onlara xəsarət yetirib.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin torpaq üzərində mülkiyyət hüququnu pozma (188) , tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma (222) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315) maddələri ilə cinayət işi başlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökməlidə qarşıdurma