Naxçıvan xüsusi iş rejimində

Sammitə geniş hazırlıq işləri görülüb, 30 sentyabr 2009

Naxçıvan Dövlət Televiziyası vətəndaşlara tövsiyə edib ki, qarşıdakı iki gündə xüsusi ehtiyac olmadığı halda evdən çıxmasınlar. Səbəb oktyabrın 3-4-də Muxtar Respublikada türkdilli dövlətlərin zirvə görüşünün keçirilməsidir.

AzadlıqRadiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibova xəbər verir ki, Muxtar Respublikanın şadlıq saraylarında keçirilən bütün mərasimlər, o cümlədən toylar təxirə salınıb.

Hüquq-mühafizə orqanları xüsusi iş rejimində çalışır. Naxçıvan şəhərinə giriş bütünlüklə məhdudlaşdırılıb. Muxtar Respublikanın rayonlarından Naxçıvana gələn avtobuslar qarşıdakı 2 gündə işləməyəcək.

Naxçıvanda 5 türkdilli dövlətin zirvə görüşünün keçirilməsinə baxmayaraq, Muxtar Respublikada yalnız 4 dövlətin - Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın bayraqları asılıb. Türkmənistanı görüşdə prezident Qurbanqulu Berdımuhammedovun xüsusi nümayəndəsi təmsil etdiyindən bayraqlar sırasında Türkmənistan bayrağı yoxdur.