Məhəmməd Qurbanov ruhi xəstəxanadan buraxıldı

Məhəmməd Qurbanov

Beynəlxalq Psixi Sağlamlıq Günü Məhəmməd Qurbanov üçün düşərli oldu.

Sentyabrın 11-də Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 57 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanov oktyabrın 10-da evə buraxılıb.

Dispanserdən buraxılmazdan əvvəl polislər onun yaxınlarından əvvəlki hərəkətlərini təkrarlamayacağı ilə bağlı iltizam alıblar.

Məlumatı AzadlıqRadiosuna M.Qurbanovun ailəsi verib.

M. Qurbanov Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları barədə dövlət qurumlarına şikayət etdiyi üçün polis onu Psixi Xəstəliklər Dispanserinə yerləşdirmişdi.