Məktəblərdə «donuz qripi» əleyhinə dezinfeksiya işlərinə start verilib

Həftənin birinci günü orta məktəblərdə dərslər öz axarı ilə davam edəcək

Bakı, Sumqayıt, Gəncə məktəblərinin 50 faizində dezinfeksiya işlərinə start verilib.

Dezinfeksiya «donuz qripi»nə qarşı profilaktik tədbirlər çərçivəsində həyata keçirilir.

Bu barədə AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib.

O bildirib ki, «bu gün 5 günlük məktəblərdə dezinfeksiya işləri aparılıb, bu da Bakı məktəblərinin 50 faizini əhatə edir. Qalan 50 faizdə isə sabah həyata keçiriləcək».

Dezinfeksiya işlərini hər rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin sanitarları aparır.

Noyabrın 2-də - bazar ertəsi məktəblərdə dərslər davam edəcək.