İlham Əliyev və Serj Sarkisyan bu ay görüşəcək

Görüşün keçiriləcəyi tarix və yer hələ razılaşdırılmalıdır

«Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri davam etdirməyə hazırdır».

ATƏT-in Minsk Qrupunun noyabrın 6-da verdiyi bəyanatda belə deyilir.

Həmsədrlər bildirirlər ki, İlham Əliyev və Serj Sarkisyan noyabr ayının sonunadək yenidən görüşməyə razılıq veriblər:

«Görüşün keçiriləcəyi tarix və yer hələ razılaşdırılmalıdır».

İki ölkə prezidenti bu il ərzində beş dəfə görüşüb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər.