Türkiyə qəzetləri Dubay mülkləri barədə

Dunabyda villardan biri

«Vatan» qəzeti mövzu ilə bağlı xəbəri 6 mart tarixində «Qardaş, bu nədir?» başlığı ilə verib. Qəzetin xəbərə verdiyi qısa şərh belədir: «Amerikanın sayğılı qəzeti «Vaşinqton Post» Azərbaycanın dövlət başçısı İlham Əliyevi çox pis yaxaladı».

«Vatan» 7 mart tarixli sayında mövzunu davam etdirən materialı «Azərilər təmkinli yanaşdı» başlığı altında təqdim edib. Yazıda «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun «Xəbərin çap edilməsinin zamanı bizdə xəbərin ABŞ-ın Azərbaycan üzərindəki təzyiq mesajı olması təsəvvürü yaradır» sözlərinə yer verilib. Arifoğluna görə, ABŞ-ın Azərbaycana təzyiqinin əsas məqsədi «Türkiyə ilə Azərbaycan arasındakı yaxınlaşmadır».

«Vatan» qəzeti Prezident Administrasiyası siyasət şöbəsinin müdiri Əli Həsənovun açıqlamalarına da yer verib.

«Milliyət» qəzetinin Moskva təmsilçisi Cenk Başlamış isə Dubay mülkləri ilə bağlı xəbəri «Əliyevə «super» suçlama» başlığı altıında təqdim edib. Xəbərdə Rauf Arifoğlunun məlum şərhi ətraflı şəkildə öz əksini tapıb. Cenk Başlamış villaların Jumeyrah bölgəsində olduğunun iddia edildiyini yazıb.