Diplomatlar mərc kəsdilər

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Donald Lu ilə Birləşmiş Krallığın Azərbaycandakı Səfiri Karolin Braun ABŞ və İngiltərə komandalarının iyunun 12-də futbol matçının nəticəsinə aid dostcasına mərc ediblər.

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında belə deyilir.

Səfirliyin məlumatında daha sonra deyilir: «Qoy ən güclü komanda qalib olsun!».

Sayca 19-cu dünya futbol çempionatı iyunun 11-də Cənubi Afrika Respublikasında başlayıb.

İngiltərə - ABŞ millilərinin qarşılaşması iyunun 12-də Bakı vaxtı ilə axşam 23:30-da başlayır.