İspaniyanın ilk qələbəsi

David Vilyanın qolu

İspan heyətində ən aktiv oyunçu “Barselonanın” forvardı David Vilya idi - məhz o da hesabı açdı. 17-ci dəqiqədə Vilya iki müdafiəçini keçib, yerə yıxılaraq azarkeşlərə fantastik qol həyıəcanı yaşatdı
İspaniya, CAR-da keçirilən futbol üzrə dünya çempionatında özünün ilk qələbəsini yaşadı. İyunun 21-i ispan futbolçuları Honduras yığmasını 2-0 hesabı ilə məğlub etdi.

Çempionatın əsas favoritlərindən sayılan İspaniya millisi oyunu tam nəzarətdə saxlayırdı. İspan heyətində ən aktiv oyunçu “Barselonanın” forvardı David Vilya idi - məhz o da hesabı açdı. 17-ci dəqiqədə Vilya iki müdafiəçini keçib, yerə yıxılaraq azarkeşlərə fantastik qol həyıəcanı yaşatdı.

İkinci qolu isə Vilya 51-ci dəqiqədə qapıya göndərərək dupletə imza atdı. Vilya bu oyunda het-trik də edə bilərdi, lakin onun yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi məhsuldar olmadı və top qapıdan yan keçdi.

Honduras üzərində qələbədən sonra İspaniya 3 xal toplaya bilib. Hazırda komanda H qrupunda 2-ci yerdədir. Turnir cəldvəlinə liderliyi isə 6 xalla Çili edir. H qrupunun son turunda İspaniya Çili ilə qarşılaşacaq.

Reqlamentə əsasən, əgər komandaların xalları bərabər olarsa, onda vurulan və buraxılan troplar nəzərə alınacaq.