2018-ci il Dünya Çempionatı Rusiyada keçiriləcək

2018-ci ildə futbol üzrə Dünya Çempionatı Rusiyada keçiriləcək.

FİFA pezidenti Zepp Blatterin dekabrın 2-də elan etdiyi gizli səsvermənin nəticələrinə görə, Rusiya 2018-ci ildə DÇ-yə ev sahibliyi edəcək.

2018-ci il Dünya Çempionatına İngiltərə, Rusiya, həmçinin Belçika və Hollandiya və İspaniya və Portuqaliya cütlükləri iddia edirdi.

2022-ci ildə isə Dünya Çempionatı Qətərdə baş tutacaq.

2022-ci ildə keçiriləcək DÇ-yə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya da iddia edirdi.