Misirdə prezidentin tərəfdarları ilə əleyhdarları arasında kütləvi dava gedir

Misirdə müxalifət qüvvələri ilə prezident Hosni Mubarakin tərəfdarları arasında kütləvi toqquşmalar başlayıb. İkiyə bölünmüş kütlə paytaxt Qahirənin Tahrir meydanında bir-birinə divan tutur. Hələlik ordunun reaksiyası məlum deyil.

Ölən və ya yaralananlar haqda hələlik məlumat yoxdur.

Hazırda toqquşmalar davam edir.

Qahirədən savayı, Aleksandriya şəhərində də Mübarəkin tərəfdarları ilə müxalifət qüvvələri arasında kütləvi dava başlayıb.

Bir qədər əvvəl Misir ordusu xalqı meydanlardan çəkilib normal həyata dönməyə çağırıb.

Amma müxalifət bu çağırışa məhəl qoymayaraq ölkəyə 30 ildir rəhbərlik edən prezident Hosni Mubarak istefaya gedənə qədər aksiyaların davam edəcəyini bildirib. Müxaliət bu gün və cümə günü ölkədə daha genişmiqyaslı etiraz askiyaları keçiriləcəyini bəyan edib.

Dünən müxalifətin kütləvi etiraz askiyasından sonra 82 yaşlı Hosni Mubarak bildirib ki, sentyabrda keçiriləcək növbəti prezident seçkisində namizədliyini verməyəcək. Amma müxalifət lideri Muhammad ElBaradei prezidentin bu çıxışını xalqı aldatmaq cəhdi adlandırıb.