Yəməndə etirazlar davam edir, prezident müxalifətin planını rədd edib

Yəməndə prezident Ali Abdullah Saleh 2011-ci ilin sonuna qədər hakimiyyətin ötürlməsi barədə müxalifətin planlarını rədd edib. Onun 32 illik hakimiyyətinə son qoyulması tələbilə keçirilən etiraz askiyaları martın 4-də də davam edib. Salehin indiki prezidentlik müddəti 2013-cü ildə başa çatır.

Paytaxt Sanaada Salehi əlehinə mitinq keçirən müxalifət tərəfdarları universitetin binası ətrafı boyunca 2 kilometr məsafədə ərazini tutublar.

Martın 4-də Harf Sufyan şəhərində keçirilən etiraz askiyası iştirakçılarına Yəmən ordusundan raket atılması barədə xəbər yayılıb. Məlumata görə hadisə vaxtı iki nəfər həlak olub, 13 nəfər də yaralanıb.