Qaddafi və oğlunanin həbsinə order verilə bilər

Beynəlxalq Cinayət Məhkəməsi Liviya lideri Muammar Qaddafi, oğlu Saif al-Islam və ölkə kəşfiyyatının liderinin həbsinə order verə bilər.

Prokuror Luis Moreno-Ocampo Haaqada keçirdiyi mətbuat konfransında deyib ki, 3 hakimdən ibarət məhkəmə kollegiyası faktları yoxlayandan sonra bu haqda qərar verəcək.

Prokurorun sözlərinə görə, təqdim elədikləri sübutlar göstərir ki, Qaddafi şəxsən dins əhaliyə qarşı silahdan istifadəyə əmr verib.