Azərbaycan sülh indeksində 122-cidir

Azərbaycan sülhməramlıları

Avstraliya İqtisadiyyat və Sülh İnstitutu mayın 25-də 2011-ci il üzrə beynəlxalq sülh indeksini açıqlayıb.

Reytinq cədvəlində 153 ölkə əhatə olunub.

Ölkələrin sülhpərvərliyi 23 meyara əsasən müəyyənləşdirilib. Başlıca meyarlar ölkədə korrupsiyanın səviyyəsi, hərbi büdcənin həcmi, silahlı qüvvələrdə və hüquq-mühafizə orqanlarında çalışanların sayıdır.

Araşdırmaya əsasən, dünyanın ən sülhpərvər ölkəsi İslandiyadır. 2-ci yeri Yeni Zelandiya, 3-cü yeri Yaponiya tutur.

İndeksə əsasən, Ermənistan Azərbaycandan daha sülhpərvər ölkədir. Belə ki, Ermənistan 109-cu, Azərbaycan 122-cidir.

ABŞ 82, Türkiyə 127, Gürcüstan 134, Rusiya 147-ci yerdədir.

Ən sonuncu yerdə (153) Somalidir.

HƏMÇİNİN OXU

Azərbaycan və Ermənistan ordularının müqayisəsi