ABŞ səfiri Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb

Metyu Brayza

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) Azərbaycan dövlət başçısının əfv fərmanı imzalamasını və Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.

Brayza jurnalistlərə bildirib ki, bu, «son dərəcə gözəl və pozitiv xəbərdir».

O deyib ki, bunun baş verməsi üçün uzun müddət xeyli sayda insan çalışıb. ABŞ diplomatının fikrincə, Fətullayevin əfv olunması Azərbaycanda islahatların yeni erasının başlamasından xəbər verir.

««Eurovision- 2012» mahnı müsabiqəsinə hazırlıqların başlamasına bundan yaxşı başlanğıc düşünmək olmaz» - Brayza deyib.