28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvləri

Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasından 93 il ötür.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.

Cümhuriyyət 1920-ci ilin aprelin 27-də 11-ci Qızıl Ordunun müdaxiləsi nəticəsində süqut edib.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

NƏZƏR YETİR

28 may sevdalıları