Norveçdə yenidən bomba həyacanı yaşanıb

Polis mərkəzi vağzal ətrafını mühasirəyə alıb

İyulun 27-si səhər saatlarında Norveçin paytaxtı Oslonun mərkəzi vağzalında şübhəli çanta aşkar edildiyinə görə sərnişinlərin bir qismi evakuasiya olunub.

Hələlik hadisənin detalları barədə ətraflı məlumat verilmir.

İyulun 22-də 76 adamın ölümüylə nəticələnmiş dəhşətli terror aktlarından sonra ölkənin şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakim dairələr dünən ölənlərin adlarını açıqlayıb.

Bu terror aktlarını törətmiş sağçı ekstremist Anders Breivik hazırda həbsdədir və 8 həftə ciddi rejimli təcridxanada saxlanacaq.