ATƏT Sülh və Demokratiya İnstitutunun ofisinin söküntüsünü diqqətdə saxlayır

ATƏT Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi ilə bağlı məsələni diqqətdə saxlayır.

Bu barədə AzadlıqRadiosuna ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov məlumat verib. Onun sözlərinə görə ATƏT-in Bakı ofisi avqustun 11-də, axşam saatlarında Bakının Şəmsi Bədəlbəyli küçəsində həyata keçirilən söküntü barədə artıq məlumatlıdır.

BŞİH-nin mətbuat xidmətindən isə Azadlıq Radiosuna bildiriblər ki, ötən gecə aparılan söküntü işləri ilə bağlı onların məlumatı yoxdur. Amma həmin ərazidə söküntü işləri artıq xeyli vaxtdır həyata keçirilir.