ABŞ 11 sentyabr terrorunun qurbanlarını yad edir (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident Barack Obama and keçmiş prezident George W. Bush sentyabrın 11-də Nyu Yorkda keçirilən xatirə mərasimində iştirak edirdilər. Vaxtilə Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərinin durduğu yerdə təşkil olunan mərasimdə terror hücumları zamanı həla

Nyu-York sakinləri 11 sentyabr terror aktları qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Prezident Barack Obama ilə keçmiş prezident George W. Bush həmin terror aktları nəticəsində dağıdılmış əkiz qüllələrin yerində tikilmiş xatirə kompleksinə baş çəkiblər.

11 sentyabrı terror aktlarının 10-cu ildönümünə görə Nyu-York və Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.

ABŞ prezidenti Barack Obama anım mərasimindən qabaq videomüraciətində
Amerikanın indi daha güclü olduğunu deyib.

2001-ci il 11 sentyabrda Nyu-York, Vaşinqton və Pensilvani ştatında törədilmiş terror aktları nəticəsində 3 minə yaxın adam öldü.