Belarus prezidentini həbs eləmək üçün online dosye hazılanır

Belarus -- President Alyaksandr Lukashenka addresses participants and guests at the opening of the 10th Slavic (Slavonic) Bazaar International Arts Festival in Vitebsk, 10Jul2011

Londondakı hüquq-firması Belarus prezidenti Alyaksandr Lukashenka əleyhinə işgəncə ifadələri yer alan dosyeni internetə yerləşdirib.

McCue and Partners firmasından Matthew Jury deyir ki, 68 səhifəlik online dosye QHT-lərə və hökumət rəsmilərinə imkan verəcək ki, Lukashenka onların ərazisinə girən kimi onu insan haqları pozuntusu iddiası ilə həbs edə bilsinlər.

Belarus rəsmiləri ötən ilin dekabrındakı seçkilərdən sonra yüzlərlə adamı həbs eləmişdilər. Tutulanların çoxu onlara işgəncə verildiyini iddia edir.