5 azərbaycanlı edam edilib

Foto: Arxiv

İranın Urmiya həbsxanasında 5 azərbaycanlı edam olunub.

Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin sözçüsü Yaşar Hakkakpur məlumat verib.

Bazar ertəsi edam olunanlar 5 nəfərdir - Camal Şeyxzadə, Fərhad İslamdust, Məhəmməd Cəngəli, Dehqan SəlamətRiza Əlipur. Daha 3 nəfəri edam gözləyir.

Y.Hakkakpur normal məhkəmə prosesinin keçirilmədiyini deyir:

«Edam olunanlardan işgəncə yolu ilə ifadə alınıb, onların çoxuna narkotik ittihamları ilə hökm oxunub».