Femen Vatikanda da çılpaq etiraz aksiyası keçirdi (VİDEO)

Femen-in fəalı Oleksandra Şevçenko Vatikanda, 6 noyabr 2011

Ukryananın məşhur qadın hüquqlarını müdafiə qrupu olan Femen noyabrın 6-da Roma Katolik Kilsəsinin qarşısında etiraz aksiyası keçirib. Roma Papası XVI Benedict-in eyvanı altında italyan dilində “Qadınlara azadlıq” şüarı qışqıran Femen-in fəallarından biri Oleksandra Şevçenko həbs edilib.

Interfax agentliyinin məlumatına görə qrupun qadın fəallarından daha ikisi də meydana gəlməyə macal tapmayıb, onları elə yoldaca həbs ediblər.

Femen öz internet saytında bildirir ki, onlar bu aksiya ilə “papanın patriarxal siyasətinə etiraz” edirlər. Onlar bildirirlər ki, kilsə dünyada qadınlara qarşı orta əsrlərin fikirləri ilə yanaşır.

http://www.youtube.com/embed/ATW7E5ptViA?rel=0Femenin qadın üzvləri Ukryanda müxtəlif ictimai hadisələrlə bağlı çılpaq formada etiraz aksiyası keçirib diqqəti özlərinə çəkirlər. Bu yaxınlarda onlar Avropanın müxtəlif ölkələrində də etirazlara başlayıblar.

Femen bundan əvvəl də Parisdə Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru, ABŞ-da qadını zorlamaqda ittiham edilən Dominique Strauss-Kahn-ın evinin qarşısında etiraz aksiyası keçiriblər.

Femen həmçinin çılpaq bədənlərinə İtaliya bayrağı çəkərək Romada qadınlarla macəralarda adı hallanan Baş nazir Silvio Berlusconini istefaya çağırıblar.