Təşkilatçılar Moskvada nümayişə 100 mindən çox adam çıxdığını deyirlər

Moskvanın Bolotnaya meydanında ədalətli seçki tələbilə keçirilən mitinqdə 100-150 min arası adam iştirak edib.

Bu barədə məlumat verən təşkilatçılar gələn dəfə küçələrə milyon adam çıxaracaqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə aksiyaçıların 20 mindən artıq olmadığını deyir.

Eyni zamanda meydanın dolduğu və insanların ətrafdakı körpüyə axışdığı xəbər verilir.

Məlumatlara görə aksiyaçılar yavaş-yavaş meydanı tərk etməyə başlayıblar.

Həmçinin ölkənin onlarla şəhərlərində eyni tələblə etiraz aksiyaları keçirilb.

Müxalifət bu günlərdə ölkədə keçirilmiş Duma seçkisinin saxtalaşdırıldığını deyir.