Heydər Əliyevin AzadlıqRadiosuna müsahibələri

Heydər Əliyev


Dekabrın 12-də Azərbaycanda mərhum prezident Heydər Əliyevin vəfatı ilə bağlı anım mərasimləri keçirilir. O, 2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

AzadlıqRadiosunun arxivində Heydər Əliyevlə bir neçə müsahibə var. Onlardan bəzilərini təqdim edirik.

Sovet İttifaqının həyatda olduğu sonuncu günlər - 1991-ci il avqustun 19-da baş vermiş QKÇP əhvalatı haqqında Heydər Əliyev AzadlıqRadiosuna müsahibə vermişdi. Bu hadisədən az öncəyə qədər Sovet rəhbərlərindən olmuş Heydər Əliyev müsahibəsində QKÇP-çiləri pisləmişdi.

Onun 1991-ci il avqustun 24-də AzadlıqRadiosuna verdiyi müsahibəni tam şəkildə burada dinləyə bilərsiniz:



Heydər Əliyev 1991-ci il avqustun 13-də AzadlıqRadiosuna verdiyi başqa bir müsahibədə isə o zaman müxtəlif adlar altında SSRİ-nin bərpası cəhdlərini tənqid edir, Yeni İttifaq Müqaviləsi deyilən bir formanın işləməyəcəyini bildirir. Heydər Əliyevin AzadlıqRadiosunun Azərbaycan redaksiyasının o zamankı direktoru Mirzə Xəzərə müsahibəsinin audioyazısı: