Ziyalılar Forumu yenidən «Hyatt Regency» otelinə üz tutdu

Ziyalılar Forumu

Ziyalılar Forumu tədbir keçirmək üçün yenidən «Hyatt Regency» otelinə müraciət edib.

Bunu dekabrın 30-da Forum üzlərinin keçirdiyi mətbuat konfransında Eldar Namazov deyib. O qeyd edib ki, indi otelin cavabını gözləyirlər:

«Biz məhkəməyə də müraciət edə bilərik. Amma tədbir keçirmək üçün yenidən müraciət etmişik. Hər şey otelin bizə verəcəyi cavabdan asılıdır. Onda məlum olacaq ki, tədbirin baş tutmaması texniki problemlə bağlı olub yoxsa yuxarıdan gələn göstərişlə».

Dekabrın 29-da «Hyatt Regency» otelinin «Bakı» zalında Ziyalılar Forumunun növbəti tədbiri olmalı idi. Amma sonradan təşkilatçılara deyilib ki, oteldə elektrik enerjisi ilə bağlı problem yarandığından, tədbirin keçirilməsi mümkün deyil.

Az sonra saytımızda Ziyalılar Forumunun mətbuat konfransından ətraflı məlumat və video yerləşdiriləcək.