İran Hörmüz boğazında uzun məsafəli raketini sınaqdan çıxaracaq

İran bildirib ki, dekabrın 31-də Hörmüz boğazında özünün uzun məsafəli raketini sınaqdan çıxaracaq.

İran donanmasının sözçüsü Mahmud Musəvi bildirib ki, “qısa məsafəli, yer-dəniz, dəniz-hava növlü raketlər də sınaqdan çıxarılacaq”

İran mediasının məlumatına görə, İran donanmasının manevrlərinə suya mina düzmək və pilotsuz təyyarələrdən istifadə də daxildir”.