Tahrir meydanında minlərlə adam var

Misirin paytaxtındakı Tahrir meydanında minlərlə adam qalıb. Dünən onlar keçmiş prezident Hosni Mubarakin devrilməsinin 1 illiyini qeyd ediblər.
Nümayişçilər bildiriblər ki, gələn cümə gününə qədər meydanı tərk etməyəcəklər. Həmin gün Təhrir meydanında növbəti etiraz aksiyası keçiriləcək.
Nümayişçilər hərbi hakimiyyəti insan haqlarını pozmaqda, həbsləri davam etdirməkdə günahlandırırlar.

82 yaşlı Hosni Mubarak Misirdə xalq etirazları zamanı 2011-ci ildə, fevralın 11-də istefa verməyə məcbur olub.