Azərbaycan, İran və Türkiyəli nazirlər Naxçıvanda görüşəcək

Azərbaycan, İran və Türkiyənin Xarici İşlər nazirləri martın 7-də Naxçıvanda görüşəcəklər. Türkiyənin Zaman qəzetinin yaydığı məlumata görə, görüşdə üç ölkənin ortaq maraqlarına aid məsələlər, o cümlədən, terrorçuluq, narkotik qaçaqmalçılığı, və insan alverinə qarşı mübarizə də müzakirə ediləcək.

Bu formatda ilk görüş ötən ilin aprelində Urmiyada keçirilib.