ABŞ iranlı generala qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar İran xüsusi xidmətinin generalı Gholamreza Baghbaniyə qarşı sanksiya tətbiq edib.

ABŞ maliyyə nazirliyinin məlumatına görə, general Əfqanıstandan narkotik qaçaqçılığı və əfqan taliblərə silah göndərməkdə ittiham olunur.

Baghbani Əfqanıstanla sərhəddə yerləşən Zahidan əyalətindəki xüsisi xidmət idarəsinin rəhbəridir.

Onun bütün aktivləri dondurulub, habelə fiziki və hüquqi şəxslərin onunla işgüzar əlaqələr qurması qadağan edilib.