Avstraliyada Azərbaycan səfirliyi açılacaq

Avstraliyanın Kanberra şəhərində Azərbaycan səfirliyi açılacaq.

Prezidenti İlham Əliyev səfirliyin açılması barədə qanun imzalayıb.

Həmçinin dövlət başçısı səfirliyin maddi-texniki təchizatı, strukturların müəyyən edilməsi və əməkdaşların ştatı barədə sərəncam imzalayıb.

Hazırda Azərbaycanın xarici ölkələrdə 72 diplomatik missiyası var.