Hosni Mubarak ömürlük həbsə məhkum edildi [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Mubarak ömürük həbs cəzası aldı, məhkəmə zalı qarışdı

Qahirə məhkəməsi keçmiş prezident Hosni Mubarakı ömürlük həbsə məhkum edib.

O ötən ilin fevralında ölkədə keçirilən kütləvi etirazlar zamanı törədilmiş kütləvi qətllərdə təqsirli bilinib.

Həmçinin keçmiş daxili işlər naziri Habib al Adly ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmənin keçirildiyi binanı 5 minədək polis və 2 min əısgər qoruyur.

Mubarak məhkəməyə vertolyotla, zala isə xərəkdə gətirilib.

Proses milli televiziya ilə canlı yayımlanıb.

Amma bu qətllərdə ittiham olunan təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları bəraət alıblar.

Həmçinin korrupsiyada ittiham olunan keçmiş prezidentin oğulları Alaa və Gamal Mubarak bəraət qazanıblar.

Hakim Ahmed Rifaat hökmü oxuduqdan sonra zalda qalmaqal düşüb.

Mubarakın tərəfdarları və əlehdarları hökmün ədalətli olmadığını deyirlər.