Qadınlar arasında futbol üzrə dünya çempionatının finalına 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev

Prezident İlham Əliyev 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin ehtiyat fondundan çempionatın final mərhələsinin keçirilməsini təmin etmək üçün Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına 3,0 (üç) milyon manat ayrılıb.