2010-cu ildə dünyada vergidən 21 trilyon dollar gizlədilib

Foto arxiv

2010-cu ildə dünyada vergidən 21 trilyon dollar gizlədilib ki, bu ümumilikdə ABŞ və Yaponiya iqtisadiyyatı deməkdir.

Bu qənaətə “McKinsey” konsaltinq şirkətinin keçmiş aparıcı iqtisadçısı James Henry gəlib.

O araşdırmalarında “ Bank of International Settlements” , Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı və müxtəlif ölkələrin hökumətlərindən istifadə edib.

Onun araşdırması şəxsi mülkiyyət nəzərə alınmadan yalnız maliyyə fəsaitləri, banklara vəsait qoyulması və sərmayyələri əhatə edir.