Nuranə Nur. Qısqanmadığım tələbə qızlar

-
QISQANMADIĞIM TƏLƏBƏ QIZLAR

Gülüşünə nə oldu?
Məndən oğurlayan kimi,
Harda itirdin?
Nəyə satdın?
O qiymət qoya bilmədiyim təbəssümünü.
Bulud-bulud keçdi üzündən
Duman baxışların.
Düşdü gözlərindən
Günəş bildiyim ulduzlar.
Tutdu demək,
hələ bosalmamış yerimi
səni heç qısqanmadığım tələbə qızlar