Tehranda Qoşulmama hərəkatının sammiti başlayıb

Arxiv foto. İran. Tehran

İranın paytaxtı Tehranda Qoşulmama hərəkatına daxil olan ölkələrin sammiti keçirilir.

Sammitdə 35 ölkə lideri və 80-dən çox ölkənin nümayəndəsi iştirak edir.

BMT-nin baş katibi Ban Ki Moon da sammitə qatılıb.

Məlumatlara görə Həmasın lideri İsmail Haniya sammitə dəvət olunmayıb.

Fələstini sammitdə prezident Mahmud Abbas təmsil edir.

Qoşulmama hərəkatına 120-dək ölkə daxildir.

Sammit avqustun 31-dək davam edəcək.

Qeyd edək ki, İran sammitə görə Azərbaycana qarşı müvəqqəti viza rejimi tətbiq edib.