Elmar Məmmədyarov həmsədrlərlə görüşmək üçün Fransaya gedib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya yola düşüb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

E. Məmmədyarov sentyabrın 3-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yaranmış vəziyyət müzakirə ediləcək.

Ötən gün Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan xarici içlər naziri Edvard Nalbandyanla görüşüblər.